Nazir müavini 75 yaşlı tarzənə baş çəkib.

Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə, Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli professor, tarzən Ramiz Quliyevi 75 illik yubileyi münasibətilə təbrik edən Elnur Əliyev, yubilyara möhkəm can sağlığı yeni yaradıcılıq uğurları arzu edib.

R.Quliyev də öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.