"Heç nədən qorxmuram və istənilən təhdidlərə cavab verməyə hazıram”.
Mia.az xəbər verir ki, bunu AzNews.az-a açıqlmasında Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov bildirib. İ. İsmayılovun sözlərinə görə, Milli Məclisin aprelin 4-də keçiriləcək növbəti iclasında həmkarlarının onu hədəfə alacağı haqda xəbərlərə inanmır: "Hər bir halda kim nə deyəcəksə, cavabını da alacaq. Heç nədən çəkinən adam deyiləm. Bir də məni necə hədəfə ala bilərlər? Hansı pis əməlim var ki? Odur ki, heç nədən çəkinmirəm və inanmıram ki, həmkarlarım mənə qarşı hansısa haqqsızlıq etsinlər”.