"Azəriqaz” İstehsalat Birliyinin təmir-tikinti idarəsinin nəzdində mərkəzləşdirilmiş qəza və təmir-bərpa xidməti yaradılacaq.
Birliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, may ayında qurumun strukturunda müəyyən dəyişikliklər olunacaq.
Mayın 15-dən etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismar sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispetçer xidmətləri ləğv ediləcək.
Yeni yaradılacaq qəza və təmir-bərpa xidmətinin əsas vəzifəsi xətlərdə yaranan qəzaların operativ şəkildə aradan qaldırılması olacaq.