AMEA Rəyasət Heyətində Yer Elmləri Bölməsinin növbəti Büro iclası keçirilib. İclas AMEA Geologiya və Coğrafiya institutlarında direktor seçkilərinə həsr olunub. Bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvüFəxrəddin Qədirov Geologiya İnstitutuna bu elmi müəssisənin Elmi Şurası adından direktor vəzifəsinə akademik Akif Əlizadənin, Coğrafiya İnstitutuna isə AMEA-nın müxbir üzvü Ramiz Məmmədovunnamizədliyinin irəli sürüldüyünü bildirib.

Gizli səsvermə yolu ilə institutlara direktor seçkiləri keçirilib. Səsverməyə əsasən Akif Əlizadə Geologiya İnstitutunun, Ramiz Məmmədov isə Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçilib.