Bildiyiniz kimi, ANS-in efirində "Bahar səhəri Rovşanə ilə" verilişində deputat Etibar Hüseynov qaçqın və məcburi köçkünlərlə bağlı sensasion çıxış edib.
Mia.az xəbər verir ki, deputat çıxışında Bakıda şəhər mühitinin pozulmasını Qarabağdan gələn qaçqınlarla bağlayıb. O bildirib ki, ermənilər, ruslar və yəhudilər Bakını tərk edəndən sonra böyük bir boşluq yaranıb. Qarabağ münaqişəsi nəticəsində mədəni cəhətdən geri qalmış qaçqınlar gələndən sonra isə Bakıda şəhər mühiti pozulub.
Mia.az xəbər verir ki,
sosial şəbəkələrdə bu
çıxışına görə tənqid olunan deputat ""Facebook"da öz profilində orijinal
cavab yazıb:
"Bu gün bəzi üzdəniraq "dostlar" mənimlə 1 aprel "zarafat"ı ediblər. İki saat yarımlıq televiziya proqramından 5 dəqiqəni konteksdən çıxarıb yayımlayıblar. Adını da qoyublar- Deputat qaçqınları və əyalət adamlarını təhqir etdi. Oxudum və çoxluca güldüm. Çünki bu sözü mənə-əyalət adamına,ata-anası, baba-nənəsi qaçqın olan şəxsə ünvanlayıblar. Bəs, məsələ nə yerdədir. Bazar günü ANS efirində yayımlanan "Rövşanə ilə hər bazar" verilişində mövzu "Şəhər mədəniyyətinin olmaması,davranış qaydalarının yoxluğu,paytaxt insanlarına yaraşmayan aqressiya" idi. Hərə öz baxışlarını sərgilədi Avropa şəhərləriylə bir sıra paralellər aparıldı və.s. FB-də, nəqliyyytatda, bulvarda, bir sözlə, paytaxtın ayrı-ayrı sahələrində baş alıb gedən mədəniyyətsizliklərdən danışıldı və mövqelər sərgiləndi. Mənim söylədiklərim isə təqdim olunub. İndi bəzi vətənşüvənlər hay-küy qaldırıb məndən Vətən xaini dözəltmək yarışına giriblər...