Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Bədii rəhbəri Ranar Musayev işindən ayrılıb.
Mia.az xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.
Məsələni AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Bakupost.az -a təsdiqləyib.
O bildirib ki, R. Musayev əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən ayrılıb: “Onun yerinə hələlik təyinat yoxdur”.
Qeyd edək ki, Rövşən Məmmədov AzTV-yə rəhbər təyin olunan kimi Əməkdar incəsənət xadimi Etibar Babayevi çıxarıb, yerinə R. Musayevi təyin etməsi ciddi narazılıqla qarşılanmışdı. Onu da qeyd edək ki, R.Musayevin AzTV sədrinin həm də ailə dostu olduğu haqda məlumatlar var.
Aşağıda təqdim etdiyimiz video yayılandan sonra bu tənqidlər daha da “alovlanmışdı”: