Ukrayna xarici işlər naziri Dmitro Kuleba rus təbliğatçılarının şəhərləri bombalayan rus pilotlardan daha pis olduğunu deyib.
Mia.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb: “Rusiya televiziyalarının təbliğatçıları rus pilotlarından daha pisdirlər. Çünki pilotların, heç olmasa, vurulmaq təhlükəsi var. “Danışan başlar” isə yatır, sonra efirə çıxır və təbliğat aparırlar. Onların hər birinə sanksiya tətbiq edilməlidir”.