Bu gün internetə yerləşdirilən və Türkiyənin 4 yüksək vəzifəli şəxsinin yer aldığı səs yazısı paytaxt Ankarada böyük narahatlıq yaradıb.

ANS PRESS-in məlumatına görə, audio yazıda xarici işlər naziri Əhməd Davudoğlunun, ordu generalı Yaşar Gülərin, Türkiyə Dövlət Təhlükəsizlik Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın və xarici işlər nazirliyinin müşaviri Feridun Sınırlıoğlunun adı yer alıb.

Türkiyə mətbuatının yazdığına görə, səs yazısı ortaya çıxan kimi Türkiyə xarici işlər nazirliyinin binasında ciddi axtarışlar başlayıb.