Dünya Bankı Rusiyanın iqtisadi artım tempi ilə bağlı proqnozları ən optimist ssenari üzrə 2,2% -dən 2014-cü il üçün 1,1%-ə salıb. Musavat.com RBK.ru-ya istinadən xəbər verir ki, Ukrayna böhranı ilə bağlı pessimist ssenari Rusiya iqtisadiyyatında cari il üçün geriləməni 1,8% həndəvərində qiymətləndirir.
Dünya Bankından Rusiya iqtisadiyyatı üçün bədbin proqnoz
Rusiya iqtisadiyyatının artım templəri üzrə proqnoz 2015-ci il üçün 2,7%-dən 1,3-2,1%-ə endirilib. Az öncə - ötən ilin dekabrında Dünya Bankı Rusiyanın iqtisadi artım tempi üzrə proqnozu 2014-cü il üçün 3,1%-dən 2,2%-ə salmışdı.
Əksinə, ekspertlərə görə, dünya iqtisadiyyatını yaxın illərdə 3,2-3,4%, Avropa Birliyi iqtisadiyyatını 1,1-1,4%,, inkişaf eləməkdə olan ölkələrin iqtisadiyyatını isə 5,3-5,5% arası artım gözləyir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19