Xəbər verdiyimiz kimi, Muasir Musavat Partiyası bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək niyətindədir. Bununla bağlı İş planı da artıq təçtiq edilib. 

Bu məqsədlə partiyanın mərkəzi qərargahında bu gün namizədliklərini vermək istəyən bir qrup partiya üzvü ilə görüş keçirilib.Görüşdə partiya sədri Hafiz Hacıyev də iştirak edib.Tədbirdə seçkiyə hazırlığın səviyyəsi müzakirə edilib. 

Qeyd edək ki, MMP respublikanı əhatə edən şəhər ,qəsəbə və kənd bələdiyələrinə namizədliklərini vermək niyətindədir. MMP Rayon Təşkilatlarında aetıq qarşıdan gələn bələdiyyə seçkisinə hazırlıqla bağlı mühüm işlər görülməkdədir. Bunun üçün partiya üzvlərinə xüsusi göstəriş verilib ki, ilk növbədə namizədliklərini verəcəkləri ərazilərdə insanların bu seçkiyə münasibəti öyrənilsin və insanların seçkiyə fəallığını təşkil etmək üçün marifləndirmə işi görülsün. 

Toplantıda çıxış edən MMP sədri Hafiz Hacıyev ölkədə formalaşan seçki ənənəsinin bu dəfə də uğurla nəticələnəciyini qeyd edib. Partiya sədri seçicilərin bələdiyə seçkilərində fəallığını təmin etmək və onların fəallığını artırmaq üçün öz tövsiyələrini verib. Bundan sonra toplantıda ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib. Dünyada və yaxın dövlətlərdə baş verən hadislərin Azərbaycan üçün təsiri müzakirə edilib.