“Hazırda seçici siyahılarının dəqiqləşdirilməsi aparılır. Məntəqə seçki komissiyaları bu prosesi yekunlaşdırıb. Daha sonra DSK-lar bu dəqiqləşdirməni aparır”.

Mia.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, proseslər başa çatandan sonra yeni seçici siyahıları hazırlanacaq.