"Avropa İttifaqı, BMT və Dünya Bankının birgə “Bərpa və Sülh quruculuğunun qiymətləndirilməsi” komandası ilə səmərəli müzakirələr apardıq".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında yazıb: "İşğaldan azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl rayonlarında səhra missiyası həyata keçirilib. Azərbaycan Hökumətinin münaqişədən sonrakı yenidənqurma gündəliyinin səylərinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir".