Bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən xalq artisti Ramiz Əzizbəyli evə buraxılıb.
Lent.az-ın xəbərinə görə, bu haqda xalq artistinin həyat yoldaşı məlumat verib.
O, bildirib ki, Novruz bayramı olduğuna görə, həkimlərin razılığı ilə R.Əzizbəylinin bir neçə günlük evə gətiriblər: "Artıq Ramiz müəllim evdədir. Müalicəsi bitməyib. Sadəcə, istədik ki, bayramı bizimlə birgə evdə qeyd etsin. İndi yanımızda olmasına baxmayaraq, həkimlərin nəzarətindədir. Bu ayın 27-si onu yenidən Mərkəzi Gömrük Hospitalına yerləşdirəcəyik. Çünki evdə müalicə etdirmək çətindir. Vəziyyəti normaldır. Çətinlik çəkə-çəkə danışır. Bir az yaddaşında problemi var. Suallara cavab verməyə çətinlik çəkir. Həkimlər dedilər ki, yaxşı olacaq. İnanırıq ki, yaxşı olar”.
Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Martın 18-dən isə Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirirdi.
Xalq artistinin dili tutuldu
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47