"Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində dayanan prioritet məsələlərdən biridir”.
Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.
O bildirib ki, Ermənistan və bütün region üçün dinc inkişaf dövrünün başlanması strategiyasını qəbul edirik: "Bu istiqamətdə addımlar atmağa hazırıq. Digər tərəfdən, regional kommunikasiyaların açılması da hökumətin prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə də müxtəlif işlər görülür”.