ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Krımda referendumdan sonrakı situasiyanı müzakirə ediblər. musavat.com-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cey Karni açıqlama verib.

"Prezident Obama kansler Merkellə Ukrayna haqda danışıb. Rusiyanın Krımdakı hərəkətlərinin beynəlxalq birlik tərəfindən qanunsuz sayılması üçün müttəfiq ölkələrin liderləri ilə əməkdaşlıq məsələləri haqda müzakirələr aparılıb”, - deyə Ağ Ev sözçüsü bildirib.

Musavat.com