Bu gün Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür.
Mia.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı tviter səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir: “Bu gün Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə ABŞ xalqına və hökumətinə ən xoş arzularımızı bildiririk. Əlaqələrimizin daha da güclənməsini gözləyirik”.