Bu gün Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Mia.az XİN-ə istinadla bildirir ki, nazir Ceyhun Bayramov həmkarının COVİD-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

Nazir Ceyhun Bayramov, həmçinin qısa müddətdə nazir Mevlüt Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.