Vergilər Nazirliyi işçilərinin aylıq vəzifə maaşlarını açıqlayıb. "Axar.az” xəbər verir ki, 2014-cü il yanvarın 1-dən etibarən tətbiq edilən artım qaydalarına vergi işçilərinin əmək haqları uyğunlaşdırılb.
Xatırladaq ki, Nazirlər Kabineti fevralın 4-də Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarının dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə uyğunlaşdırılması barədə qərar verib.
Yeniliklər Vergilər Nazirliyinin Tədris Mərkəzinin işçilərinə də şamil edilib. NK-nın qərarına əlavələrdə nəzərdə tutlmayan vəzifələr üzrə maaşlar isə Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmalıdır.
Bu siyahıya nazir və nazir müavinləri də daxildir.





