Təhsil naziri Emin Əmrullayevin 31 yanvar tarixli əmri ilə Qubadlı şəhər B.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Rəhminə Mehdiyeva Bəhmən qızı həmin məktəbə direktor vəzifəsinə təyin olunub.
Mia.az xəbər verir ki,Ş bu barədə nazirliyin sözçüsü Cəsarət Valehov məlumat verib.
O bildirib ki, R.Mehdiyeva direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 45 bal toplayaraq müsahibə mərhələsində uğur qazanıb.
Rəhminə xanımın babası Mehdi Mehdiyev 1989-cu ildə ermənilər tərəfindən faciəli şəkildə qətlə yetirilib. R.Mehdiyevanın atası - Qubadlı rayon 2 nömrəli tam orta məktəbin tarix müəllimi Bəhmən Mehdiyev I Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 26-da Ballıqaya ərazisində şəhid olub.