Qeyri-Hökumət Təşkiatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyinin gənclər və yeniyetmələr arasında zərərli vərdişlərin profilaktikası məqsədilə “Sağlam həyat sağlam gələcəkdir” lahiyəsinə bu gündəın start verilib.
Bu barədə Mia.az-a açıqlama verən Valideyn Himayəsindən Məhrum Olunmuş Uşaqlara Dayaq İçtimai Birliyinin sədri Mehriban Hüseynovanın sözlərinə görə, "Sağlam həyat, Sağlam gələcəkdir" lahiyəsi ilə zərərli vərdişlərin, o cümlədən narkomaniyanın ölkəmizdə yeniyetmələr və gənclər arasnda yayılması istiqamətindəki müabrizəyə öz töhvələrini verəcəklər:
"Zərərli vərdişlər yeniyetmələrin və gənclərin passiv həyat tərzi yaşamalarına, ailələrində sosial problemlərə, cinayyətə sövq edir. Çox təəssüf ki, pis vərdişlər yeniyetmələr və gənclər arasında sürətlə təbliğ olunur. Sonucda cavan yaşda yeniyetmələr və gənclər ya ömürlük xəstə yaşayır, ya erkən yaşda həyatdan köçürlər. Biz də bunlara qarşı mübarizədə öz layihəmizlə dəstək verəcəyik".
QHT sədri bildirib ki, "Sağlam həyat, sağlam gələcəkdir" lahiyəsiylə yeniyetmə və gənclərin maariflənməsi üçün mövzu üzrə könüllü aktyorların iştirakı ilə tamaşalar səhnələşdiriləcək, eyni zamanda, bir çox tədbirlər hıəyata keçiriləcək