C.Uorlik özünün "Twitter” sosial şəbəkədəki səhifəsində belə yazıb. Bundan əlavə o, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşün fotosunu paylaşaraq məhsuldar görüş keçirildiyini yazıb.
Qeyd edək ki, martın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə görüş keçirib. Görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Xarici işlər nazirliyindən verilən məlumata görə görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqədar narahatçılıq ifadə olunub.