Yanvarın 25-də Azərbaycanın Baş naziri Əli Əsədov ilə Belarusun Baş naziri Roman Qolovçenko arasında telefon danışığı olub.
Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, tərəflər Azərbaycan-Belarus dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirib və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.