Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti vəzifəsinə seçilib.
Mia.az xəbər verir ki, bu barədə Səməd Seyidov özünün “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Strasburqda yekdilliklə çox məsul vəzifəyə: AŞPA-nın monitorinq komitəsi sədrinin birinci vitse-presidenti seçilməkdən qürur duyur.
Xatırladaq ki, bu gün hollandiyalı deputat Tini Koks AŞPA-nın yeni prezidenti seçilib.
Mia.az