"Moschino”, "Jason Wu”, "Oscar de la Renta”, "Burberry”, "Stella McCartney”, "Chanel” kimi brendlərin dəfilələrinin parlaq siması, ingilis top-model Kara Delevin haqda maraqlı faktlar:
- Model karyerasına 17 yaşında başlayıb.
- Hökumət komissiyası "English Heritage”in keçmiş rəhbəri ser Coslin Stivensin nəvəsidir.
- 21 yaşı olmasına baxmayaraq, artıq professional Models.com portalının "dünyanın 50 ən yaxşı supermodeli” siyahısında 5-ci yeri tutur.
- Böyük bacısı Poppi Delevin də modeldir.
- Ən yaxın rəfiqələri müğənni Rihanna və model Keyt Mossdur.
- Deyilənə görə, 66-cı "Kann” film festivalı çərçivəsində Leonardo Di Kaprio nə qədər cəhd etsə də, onun diqqətini çəkə bilməyib. Kara onunla görüşməyə razılıq verməyib.
- Hələ də Londonda ailəsiylə yaşayır.
- Barabanda ifa edə bilir.
- 2012-ci ildə "British Fashion Awards” tərəfindən "İlin modeli” seçilib.
- Rejissor Co Raytın "Anna Karenina” filmində çəkilib.
- Lesbiandır. Bu ilin yanvar ayında aktrisa Mişel Rodrigeslə görüşdüyünü açıqlayıb.
- 2013-cü ildə paparatsi Delevinin çantasından "ağ toz” paketinin necə yerə düşdüyünü, modelin onu gizlincə çantasında gizlətməyini çəkib. Böyük qalmaqala səbəb olan hadisədən sonra məşhur "H&M” geyim şirkəti onunla əməkdaşlığı dayandırıb.
- Boyu heç də podiuma uyğun deyil. 173 sm-dir.











