AXCP Gənclər Komitəsinin daha bir üzvü həbs edilib. Bu barədə AXCP Gəncler Komitəsi-nin facebook səhifəsində məlumat yazılıb.  

Belə ki, dünən axşamdan bəri həbs edilən Anar Cəfərlinin Suraxanı rayon məhkəməsində keçirilən məhkəmə prosesi zamanı GK-nin digər üzvü Elşad Ovçuyev həbs edilərək polisə aparılıb.