Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfərlə yola düşüb.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində nazir ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.
Səfər çərçivəsində həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.