Dünən Sevastopol Şəhər Şurasının növbədənkənar sessiyasında şəhərin Rusiyanın tərkibinə Rusiya Federasiyasının subyekti kimi daxil olunmasına dair qərar qəbul edilib.
APA-nın xəbərinə görə, Sevastopol Şəhər Şurasının rəsmi saytında dərc olunmuş məlumata əsasən, "qərar Avropa Yerli Özünüidarəetmə Xartiyası, Ukrayna Konstitusiyasının 38, 69-cu maddələri, İqtisad, Sosial və Mədəniyyət Hüquqları haqqında Beynəlxalq Paktın 1-ci maddəsi, Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 1-ci maddəsi, Ukraynanın "Ukraynada Yerli Özünüidarəetmə” haqqında Qanunun 7, 26-cı maddələrini rəhbər tutaraq qəbul olunub”.
Xatırladaq ki, bir müddət əvvəl Sevastopol Şəhər Şurası şəhərin Rusiyanın tərkibinə daxil olması məsələsini martın 16-da keçiriləcək referenduma çıxarıb.
Krım Rusiyanın tərkibinə daxil oldu - Qərar
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50