Azərbaycanda iki siyasi partiyanın birləşdirilməsi qərara alınıb.

Mia.az xəbər verir ki, bunlar Yeni Yol Partiyası və 24 iyun 1992-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Dirçəliş və Tərəqqi Partiyalarıdır.

Bunun üçün Dirçəliş və Tərəqqi Partiyasının qurultayının keçirilməsi ilə bağlı qəbul olunub və 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. 

Təşkilat komitəsinin sədri isə Ramil Hüseynov seçilib.

R. Hüseynov Bakupost.az -a açıqlamasında bildirib ki, partiyanın növbəti qurultayı 22 yanvarda keçiriləcək:

“Qurultayın gündəliyinə yeni sədr seçkisi və digər təşkilati məsələlər salınıb. Eyni zamanda, müasir dövrün reallıq və tələblərinə, siyasi şəraitinə uyğun olaraq bu partiyanın Yeni Yol Partiyası ilə birləşdirilməsi nəzərdə tutulur”.