"Qarabağdakı Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti sülhün qorunub saxlanmasının təminatçısıdır".
TASS xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda və ona bitişik rayonlarda dinc həyatın bərqərar olması üçün şərait yaradırlar: "Bir ildən artıqdır ki, Rusiya sülhməramlıları dinc həyatın bərqərar olmasına şərait yaradır, Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasına kömək edir. Regionda bir dənə də olsun ciddi insident baş verməyib”./Report