"Məhkəmə sabah olacaq. İnanıram ki, məhkəmədə hər şeyə aydınlıq gətiriləcək. Vəkilim var. O, proseslə tanış olub”.
Bunu Modern.az-a "El” Hərəkatı sədrinin müavini Eldəniz Quliyev deyib. O bildirib ki, martın 4-də keçirilən məhkəmə prosesinə getməyəcək: "Məhkəmədə vəkil iştirak edəcək. Məhkəmə prosesinin nəticəsini gözləyirəm. Hesab edirəm ki, əsassız ittihamlar irəli sürüblər. Mən müraciət etsəm, görün, nə olacaq. İş həqiqətən də ciddiləşsə, mən də qarşı tərəfə qarşı iddia qaldıracam”.
Qeyd edək ki, VİP sədri Əli Əliyev Eldəniz Quliyevlə bağlı məhkəməyə müraciət edib. Onun iddiasına görə, E.Quliyev onu və partiya funksionerlərini təhqir edib.