Rəsmi Moskva Rusiya ordusunun Ukraynaya girməsi barədə yayılan xəbərləri təkzib edib.

Vladimir Putinin qərarından sonra Rusiya Silahlı Qüvvələri hələlik Ukraynaya girməyib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Vladimir Putin Ukraynadakı vəziyyəti nəzərdən keçirəndən sonra Silahlı Qüvvələrin ölkəyə daxil olub-olmaması barədə qərar verəcək. Amma ümid edirik ki, Ukraynada hadisələrin inkişafı bu cür davam etməyəcək”, deyə Peskov bildirib