Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana səfər edəcək.
Bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.
Səfir bildirib ki, Azərbaycan XİN başçısı İslamabadda İƏT-in Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclasında iştirak edəcək. İclas dekabrın 19-da baş tutacaq.