Bakıda keçirilən 1 dekabr aksiyası zamanı saxlanılmış ictimai fəal Rüstəm İsmayılbəyli azadlığa buraxılıb.
Mia.az xəbər verir ki, R.İsmayılbəylinin apellyasiya şikayətinə baxılıb və məhkəmə onun şikayətini təmin edib.
İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinən Rüstəm İsmayılbəyliyə 30 sutka həbs cəzası verilmişdi. Aksiya zamanı saxlanılan digər 4 nəfərdən İlham Hüseyn 30 sutka, Elçin Teymurov 25 sutka, Elxan Əliyev 20 sutka, Səyyad Quliyev 15 sutka inzibati həbs cəzası almışdı.