Dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.
Mia.az DİN-ə istinadla bildirir ki, cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar: "Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar".
Xatırladaq ki, həbsdə olan və quru aclıq aksiyası keçiriən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmliyə dəstək olaraq Fəvvarələr meydanında bu gün aksiyaya cəhd olub.
Təşkilatçıların sosial çəbəkədə yaydığı məlumata görə, aksiya zamanı saxlanılan var.
1. Yegana Rüstəmova
2. Tofiq Yaqublu
3. Nigar Həzi
3. Kenan Başqal
4. Şamil Nəsirov
5. Qulu Mammadli
6. Babek Hesenov
7. Mətanət İsmayıl
8. Şəkər Şükür
9. Rəşid Turabov
10. Ülviyyə Əkbərli
11. Əvəz Hüseynov
12. Əziz Məmiyev