Tanınmış klarnet ifaçısı Zahid Qubadlı yeni klip çəkdirib. Bu barədə saytımıza musiqiçinin özü məlumat verib. 

Mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun bəstəsi olan "İlk məhəbbətim” mahnısına çəkilən klipin rejissoru Nəriman Süleymanovdur. Zahid Qubadlı bu klipin mərhum sənətkarın xatirəsinə həsr olunduğunu deyib: "Məhəbbət Kazımov nəinki Qarabağımızın, Azərbaycanımızın böyük xanəndəsi idi. Mən də bir el oğlu kimi özümə borc bildim ki, bu klipi onun xatirəsinə ithaf edim. Allah ona qəni-qəni rəhmət eləsin”. 

İntiqam Valehoğlu