Ictimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış 
hüquqşünas-tədqiqatçı 
İlqar Altay Xocalı faciəsinin ildönümü 
ilə bağlı maraqlı fikir bildirib.

Xocalıda azəri türkləri qətliamının əsas təşkilat və 
hərəkətverici qüvvəsi Rus İmperiyasıdır. 
Bu bizə gün kimi aydın olmalıdır. 
Ermənilər bu işin sadəcə icraçısı olublar. 
Bu günə qədər 
20 faiz torpaqlarımızın işğal altında qalması da, 
Rusiya faktoruna bağlıdır. 
Əks halda ermənilərin heç zaman gücü və cürəti çatmazdı ki, 
böyük dünya türk toplumunun hər hansı qisminə belə 
basqını etsin. Bu məsələdə Rusiya faktorunu 
kənara qoyub, yalnız erməniləri 
suçladıqca həm özümüzü kiçildib zəiflədir, 
həm də faciəmizdə 
suçlu olan başlıca qanlı hədəfdən yayınırıq.