Bu gün bəzi saytlarda APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızının işindən ayrılması, media qrupa yeni Baş direktor təyinatı ilə bağlı əsassız və yalan məlumat yayılıb.
Mia.az xəbər verir ki, bununla bağlı hioldinq açıalqma ayayıb.
Açıqlamada deyilir:
"APA Media Qrup olaraq bildiririk ki, son bir il ərzində qrupda çoxsaylı struktur dəyişiklikləri aparılıb. Belə ki, qrupa daxil olan media qurumlarında rəhbər dəyişikliyi olub, strukturun xeyli hissəsi yenidən formalaşdırılıb, daha çox gəncləşdirilib.
APA Media qrupa daxil olan APA İnformasiya Agentliyinə Fərid Mirzəyev, APA TV-yə Orxan Məmmədli, lent.az saytına Hafiz Heydərov, vesti.az saytına Emil Quliyev, kulis.az saytına Ulucay Akif baş redaktor təyin olunublar.
Buna qədər APA İnformasiya Agentliyinin Baş redaktoru kimi fəaliyyət göstərmiş Nurşən Quliyev APA Media Qrupun Baş direktorunun birinci müavini təyin edilib.
Vüsalə Mahirqızı isə APA Media Qrupun Baş direktoru kimi öz vəzifəsini icra edir.
Bir daha həmkarlarımıza və ölkə ictimaiyyətinə qrupumuza olan həssas münasibətə görə təşəkkür edirik. Eyni zamanda həmkarlarımızı dəqiqləşdirilməmiş və qeyri-ciddi məlumatları, şayiələri xəbərə çevirməməyə çağırırıq".
***
APA Media Holdinqində ciddi dəyişiklik baş verib.
Bakupost.az -a daxil olan məlumata görə, holdinqin idarə heyətinin bu gün keçirilən iclasında baş direktor Vüsalə Mahirqızı rəhbərlikdən getdiyini və vəzifəsini tanınmış jurnalist, APA Holdinqin baş redaktoru Nurşən Quliyevə təhvil verdiyini elan edib.
Nurşən Quliyevin yerinə – baş redaktor vəzifəsinə isə Fərid Mirzəyev gətirilib.
Vüsalə Mahirqızı baş direktorluqdan uzaqlaşma səbəbi kimi işlərinin çox olduğunu göstərib.
Mətbuat cameəsindəki bilgilərə görə, V. Mahirqızının ümumiyyətlə holdiqndən uzaqlaşdırıldığı bildirilsə də, hazırda o öz kabinetində işinin başındadır.