Azərbaycanın Xarici işlər Nazirliyi Finlandiyanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, XİN-in tviter səhifəsindəki paylaşımda deyilir: "Finlandiya Respublikasının Müstəqillik Günü münasibətilə Finlandiya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Müstəqillik gününüz mübarək, Finlandiya!".