Təxminən 100 polis Ukraynanın qərbində yerləşən Lvov şəhərində bir araya gələrək mətbuat toplantısında və xalqın qarşısında çıxış edərək xalqdan onları bağışlamalarını istəyiblər.
Təhlükəsizlik qüvvələrinin xalqın yanında olmağını tələb edən polislər bölgələrində hər hansı bir hadisəyə qarışmadıqlarına görə qürurlu olduqlarını vurğulayıblar.
Polislərin diz çökərək üzr istəməsi görüntüləri bir anda bütün dünyaya yayılaraq böyük təsir bağışlayıb.
Xatırladaq ki, Lvov Təhlükəsizlik Müdirliyi fevralın 21-də bir qrup polisini hökumət əleyhdarı nümayişlərə qatılmaq üçün Kiyevə göndərmiş və bu polislər fəal tərəfindən Müstəqillik Meydanında qəhrəmanlar kimi qarşılanmışdı(anspress).