Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Facebook social şəbəkəsindəki rəsmi səhifəsi bağlanıb.
Modern.az saytına məlum olub ki, R.Mehdiyevin sosial şəbəkədəki rəsmi səhifəsi dünəndən aktiv deyil.
Bəzi KİV-lər belə, bu saxta səhifədəki statuslardan istifadə edir.
Qeyd edək ki, akademik Ramiz Mehdiyevin Facebook sosial şəbəkəsində rəsmi səhifəsi fevralın 4-də fəaliyyətə başlamışdı. Onun bir sıra məsələlərlə bağlı yazdığı statuslar böyük maraqla qarşılanmışdı. Rəsmi səhifəni 15 minə yaxın Facebook istifadəçisi bəyənmişdi.
Saytınəməkdaşı məsələylə əlaqədar Prezident Administrasiyasından münasibət öyrənmək istəsə də, suallara cavab verilməyib.