Ancaq Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları BDU-nu tam nəzarətdə saxlayaraq ətrafa toplaşan kütləni universitetin həyətinə daxil olmağa icazə verməyiblər. Yalnız tələbə bileti olanlar içəri daxil olublar. Jurnalistlər də universitetə buraxılmayıb. Daha sonra isə tələbələr tələbləri əsasında hazırladıqları bəyannaməni səsləndiriblər. Xatırladaq ki, Bakı Dövlət Universitetinin tələbələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "Ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları" və Təhsil Nazirinin 21 yanvar 2014-cü il tarixli əmrinin ləğv edilməsini tələb edirlər.
BDU polis nəzarətində saxlanılır: Tələbələrin aksiya keçirməsinə icazə verilmədi
Fevralın 24-də Bakı Dövlət Universitetinin tələbələri kəsirlərlə bağlı əlavə ödəniş tələblərinə etiraz olaraq aksiya keçirmək istəyiblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51