Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından olan məşhur "91-lərin" üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadəyə “Şərəf” ordeni təqdim edilib.

Mükafatı YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr olunan konfransda təqdim edib.

Bundan əlavə, sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­ru Misir Mərdanova I dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim edilib.