Dünən Muasir Musavat Partiyasında 26 fevral Xocalı Faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib.Tədbirdə Xocalıdan olan partiya üzvləri də iştirak edib. Tədbirə bir necə tarıxçilər də dəvət olunub.Tədbirdə xocalı şəhidləri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbiri giriş sözü ilə açan partiyanın sədri Hafiz Hacıyev Xocalı faciəsini XX əsrin faşizmindən daha dəhşətli hadisəsi adlandırıb və hadisənin dünya miqyasında tanıdılmasından tanışıb.”Düşmənlər uzün müddət bu dəhşətli faciənin dünyaya çatdırılmasına əngəllər törədiblər.Azərbaycan xalqının və dövlətinin israrlı səyləri nəticəsində artıq faciə beynəlxalq aləmə tanıdılıb.Mən bir azərbaycanlı ,bir insan bir vətəndaş olaraq insanlıq əleyhinə baş verənlərə həmişə etirazımı bildirmişəm.Bu gün müharibənin çox tərəfləri var ki bunlardan biri idealoji müharibədir.Bu müharibənin əsas aparıcı tərəfləri isə intelekt ,mədəniyyətdir. Biz bəzən təbliğatda geri qalırıq.Başımıza açılan facıələrı hər birimiz dünyaya tanıtmaq üçün bütün vasitələrdən istifadə etməliyik.”
Bundan sonra söz tarixcilərə verilib..Onlar da baş verənlərin kökünün qədimlərə dayandığını qeyd ediblər.Daha sonra Xocalıdan olan tədbir iştirakçıları öz xatirələrini danışıblar.
Tədbirdə şəhidlərin ruhuna dualar oxunub və tədbir sona çatıb.