Kiyev Maydanında yenidən toqquşmalar başlayıb. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, etirazçılar daxili qoşunların əsgərlərini Həmkarlar İttifaqı binasından Avropa meydanına doğru sıxışdırırlar.
Aksiya iştirakçılarının daş parçaları və "Molotov kokteyli” atdıqları bildirilir.
Artıq əraziyə təcili tibbi yardım briqadaları çağırılıb. Buna səbəb toqquşmalar zamanı yaralananların olmasıdır.

***
11.26
Maydanda Avropaya inteqrasiya tərəfdarları toplaşmaqda davam edirlər. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, hazırda sakitlik hökm sürür.
Dövlət Yol İnspeksiyasının əməkdaşları Maydana gedən yolları bağlayıb. Milis əməkdaşlarında odlu silah var.
Bu gün müxalifət liderlərinin prezident Viktor Yanukoviçlə danışıqları davam etdiriləcək.