Bu gün- fevralın 19-da saat 14:00-da Şəhriyar Məcidzadənin rəhbərlik etdiyi Milli Fikir Mərkəzi (MFM) Bakının mərkəzində aksiya keçirəcək.
Nizami küçəsində, Nəsimi heykəlinin qarşısında keçiriləcək aksiyanın məqsədi fevral ayının 16-da MFM-in təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan konsertə polisin icazə verməməsi və baş tutmayan konsert nəticəsində MFM-ə dəyən maddi və mənəvi zərər, eyni zamanda ictimaiyyətin diqqətini gənclərin istirahət günündə pozulan hüquq və azadlıqlarına cəlb etməkdir.
Xatırladaq ki, "Kabus" ləqəbli gənc reper fevralın 16-da "Vətən” kinoteatrında solo konsert vermək istəyirdi. Laki polis buna icazə verməyib.