Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib.
Mia.az xəbər verir ki, nazir təbrik mətnini rəsmi tviter səhifəsində paylaşıb.
"Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik", - XİN başçısı bildirib.
***
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibəti ilə paylaşım edib.
Mia.az xəbər verir ki, nazirliyin rəsmi tviter səhifəsində yayılan paylaşımda deyilir:
“Respublika Günü münasibəti ilə qardaş Türkiyə hökümətini və Türkiyə xalqını ən xoş arzularımızla təbrik edirik. Cümhuriyyət bayramın mübarək, can Türkiyə!"