2013-cü il dekabrın 29-da Bakının Fəvvarələr meydanında keçirilmiş etiraz aksiyasında tutularaq cərimələrə məruz qalmış şəxslərə Milli Şuranın dəstək marafonunda toplanan vəsaitin cərimələnən gənclərə verilməsi prosesi bu həftə ərzində yekunlaşacaq. Marafon fevralın 4-dən AXCP-nin Bakıdakı mərkəzi qərargahında keçirilib, 2085 manat pul toplanıb.
Milli Şura cərimələnən aksiyaçılara pul ödəməyə başlayıb
Milli Şuranın sədr aparatının üzvü Oqtay Gülalıyev fevralın 18-də "Media forum” saytına bildirib ki, marafonda toplanan vəsaitin cərimələnənlər arasında bölünməsi başa çatıb: "Toplanan vəsait cərimələrin ümumi məbləğindən az olsa da, pul cərimələnənlər arasında bərabər bölünüb. Kimsə kənarda qalmayıb. Fevralın 17-dən pulların verilməsinə başlanılıb. Həftə sonuna kimi bu prosesi yekunlaşdırmaq istəyirik”.
Qarabağ döyüşçüsü Zaur Həsənovun intihara vadar edənlərin cəzalandırılması tələbi ilə keçirilmiş aksiyaya görə Səbail Rayon Məhkəməsi 16 nəfəri 300-500 manat məbləğində cərimələyib. Cərimələrin ümumi məbləği 5 min 350 manatdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51