Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupuna 38 deputat əlavə olunub.
Bununla bağlı qərarı qanunverici orqanın plenar iclasında 94 deputat dəstəkləyib.
Qərarla qrupda təmsil olunan parlament üzvlərinin sayı 77-yə çatıb.
Qeyd edək ki, Xarici əlaqələr və Regional siyasət komitələrinin sədrləri Nikoloz Samxaradze və Sozar Subari, azərbaycanlı deputatlar - Zaur Darğallı, Savalan Mirzəyev və Abdulla İsmayılovun da təmsil olunduğu qrupa vitse-spiker Arçil Talakvadze rəhbərlik edir/Report.