Azərbaycan Liberal Partiyasının Bəyanat. Bəyanatda deyilir: "Azərbaycan iqtidarı Bakı şəhərinin başqa yerlərində olduğu kimi keçmiş "Sovet” küçəsində yaşayan 10 minlərlə vətəndaşın da konstitusion mülkiyyət hüququnu kobudcasına pozaraq, onları hər kvadrat metrinə cəmi 1500 manat ödəməklə evlərindən çıxarır. Əsasən azsahəli mənzillərdə məskunlaşmış insanların aldığı kompensasiya indiki bazar qiymətlə onların yeni mənzil almasına imkan vermir. Bu isə onların ailəlikcə mənzilsiz qalmasına və yeni sosial problemlər yaşamasına gətirəcək". 

Azərbaycan Liberal Partiyası azmiqdarlı kompensasiya əvəzində insanların evlərinin sökülməsini pisləyir. ALP iqtidarı bu söküntüləri dayandırmağa və kompensasiyanın məbləğinin yeni mənzil almaq üçün yetərli dərəcədə artırmağa çağırır.