Azərbaycanda yanvar ayı ərzində 3.6 milyon ton neft hasil edilib və bu, ötən ilin yanvar ayına nisbətən 5,3 faiz azdır.

Virtualaz.org saytının xəbərinə görə, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda belə deyilir. Neft hasilatında ciddi azalma qeydə alınsa da qaz hasilatı artıb.

Komitənin məlumatına əsasən ölkədə yanvar ayında 1,6 milyard kubmetr təbii qaz hasil olunub ki, bu da ötən ilin yanvar ayının göstəricilərindən 6,7 faiz çoxdur.

Statistik göstəricilərə əsasən, ötən ilin yanvar ayına nisbətən ölkədə sənaye istehsalı da 6,7 faiz azalıb, lakin qeyri-neft sektorunda istehsal həcmi 5,6 faiz artıb.